...

Azərbaycan Milli Bankı Naxçıvan idarəsinin yeni sədri təyin edilib

Siyasət Materials 10 Yanvar 2007 12:29 (UTC +04:00)

Naxçıvan MR-də növbəti kadr dəyişikliyi aparılıb. Bu barədə Trend in Naxçıvan Bürosu xəbər verir.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı fərmana əsasən, Səbuhi Hidayət oğlu Məmmədov Azərbaycan Respublikası Kapital Bank ASC Naxçıvan MR Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Ali Məclis sədri tərəfindən imzalanan digər fərmana əsasən isə Səbuhi Hidayət oğlu Məmmədov Azərbaycan Respublikası Milli Bankı Naxçıvan MR İdarəsinin sədri vəzifəsinə təyin edilib.

Xəbər lenti

Xəbər lenti