...

Gəncədə keçirilən reyd nəticəsində sərnişin nəqiliyyatı vasitələrində gediş haqqı 10 qəpiyə endirilib

Siyasət Materials 10 Yanvar 2007 17:20 (UTC +04:00)

Bu gün günün ikici yarsından başlayaraq Gəncə şəhər Polis İdarəsi ilə Azərbaycan Respublikası Nəqiliyyat Nazirliyi Gəncə Avtonəqiliyyat Departamenti 1 saylı Regional Nəqiliyyat Məhdud Məsuliyyətli Cəmiyyət şəhərdə reyd keçirib. Trendin Qərb Bürosunun verdiyi məlumata görə reydin keçirilməsində məqsəd sərnişin nəqiliyatı marşrutlarda artırılan gediş haqqını əvvəlki səviyyəsinə salmaq olub.

Regional Nəqiliyat MMC-nin rəis müavini Qədir Əliyevin verdiyi məlumata görə, keçirilən reyd nəticəsində xeyli sayda nəqiliyyat vasitəsi saxlanılıb. Müsahib qeyd etdi ki, nəqiliyyat vasitələrindəki Tarif Şurasının adından elanlar qanunsuzdur. Gəncədə gediş haqqı əvvəlki kimi 10 qəpikdir.

Q. Əliyev bildirdi ki, reyd davam etdiriləcək. Gediş haqqını 10 qəpikdən artıq alan sürücülər haqqında tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti