...

Demokratik İslahatlar Partiyası qiymət islahatları ilə bağlı təkliflər hazırlayıb hökumətə təqdim edəcək

Siyasət Materials 10 Yanvar 2007 18:35 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurasının 10 yanvar toplantısında ölkədəki ictimai-siyasi vəziyyət, bir sıra sahələrdə qiymətlərin artırılması məsələsi müzakirə edilib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

Tarif Şurasının ölkədə qiymət islahatları ilə bağlı 6 yanvar tarxli qərarı və bunun doğurduğu ağır nəticələr geniş müzakirə predmeti olub. Siyasi Şura Tarif Şurasının ölkədə ciddi sosial və psixoloji gərginliyə səbəb ola biləcək qiymət islahatları ilə bağlı ictimai müzakirələrin təşkil olunmasına, mövcud vəziyyətdən çıxış yollarının tapılması üçün zəruri addımların atılmasına və müvafiq təkliflər hazırlayaraq hökumətə təqdim edilməsinə qərar verib.

Partiyanın beynəlxalq təşkilatlarla əməkdaşlığına dair məsələlər də toplantıda ətraflı müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti