...

Azərbaycanda Gürcüstanın yeni səfiri təyin ediləcək

Siyasət Materials 18 Yanvar 2007 11:15 (UTC +04:00)

Gürcüstan Azərbaycanda yeni fəvqəladə və səlahiyyətli səfirini təiyn edəcək. Gürcüstan parlamentindən Trend müxbirinə bildiriblər ki, bu vəzifəyə parlamentdə təsdiq olunmaq üçün Gürcüstan prezidenti tərəfindən Nikoloza Natbiladzenin namizədliyi irəli sürülüb. O, bu vəzifədə Zurab Qumberidzeni əvəz edəcək.

Bununla yanaşı, Niderland Krallığında Gürcüstanın səfiri vəzifəsinə Mayya Pandjikidze təyin ediləcək. Onun namizədliyini də təsdiq olunmaq üçün Gürcüstan parlamentinə Gürcüstan prezidenti Mixail Saakaşvili irəli sürüb.

Xəbər lenti

Xəbər lenti