...

Azərbaycanda Yaponiya hökumətinin maliyyəsi hesabına üç yeni layihə reallaşdırılmağa başlayacaq

Siyasət Materials 19 Yanvar 2007 16:24 (UTC +04:00)

Azərbaycanda Yaponiya hökumətinin maliyyəsi hesabına üç yeni layihə reallaşdırılmağa başlayacaq. Yaponiyanın Azərbaycandakı səfirliyindən Trend ə verilən xəbərə görə, yanvarın 22-də Yaponiyanın Azərbaycandakı səfirliyinin iqamətgahında ölkənin qeyri-hökümət təşkilatları ilə layihələrin reallaşdırılması üzrə müqavilələrin imzalanma mərasimi olacaq.

Qəbələ rayonunun Kötüklü kəndində məktəb tikintisi, Gədəbəy rayonunun Düz-Rəsullu kəndində tibb məntəqəsinin tikintisi və Bakı Musiqi akademiyasının musiqi alətləri təmin olunması Yaponiya hökümətinin "İnsan təhlükəsizliyi və ot kökləri" qrant proqramı çərçivəsində həyata keçiriləcək.

Layihələrin ümumi dəyəri 269 622 ABŞ dolları təşkil edir.

"İnsan təhlükəsizliyi və ot kökləri" proqramı 2000-ci ildən Azərbaycanda həyata keçirilir. Proqram çərçivəsində ümumi büdcəsi təxminən 4,7 mln. ABŞ dolları olan 74 layihə reallaşdırılıb. Layihələr Azərbaycanda sosial sahələrin, o cümlədən təhsil, səhiyyə, infrastruktur sahələrinin inkişafına yönəldilib. Azərbaycanın müstəqillik əldə etdiyi dövrdə Yaponiya hökuməti ölkəyə təxminən 700 mln. ABŞ dolları məbləğində yardım göstərib.

Xəbər lenti

Xəbər lenti