...

Kəpəz rayon İcra hakimiyyətinin başçısı və digər rəsmi şəxslər şəhid ailələrə və əlillərə yardım aparıblar

Siyasət Materials 20 Yanvar 2007 10:58 (UTC +04:00)

Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyəti, rayon bələdiyyəsi və Yeni Azərbaycan Patiyasının Gəncə şəhər şöbəsinin əməkdaşları 20 yanvar faciəsində əlil olanlara və bu hadisə zamanı şəhid olanların ailə üzvlərinə baş çəkiblər. Trend in Qərb Bürosunun veridiyi məlumata görə, nümayəndələr şəhid ailələrinə və əlillərə ərzaq yardımı da aparıblar.

Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Çingiz Muxtarov bildirib ki, şəhid ailələrinə və əlillərə icra hakimiyyəti tərəfindən hər il diqqət göstərilir. Onların ehtiyacları dənilir.

20 yanvar faciəsi zamanı əlil olmuş Hikmət Əmiraslanov dövlət qurumlarının onlara diqqətindən razı qaldığını bildirdi. Qeyd etdi ki, artıq 3 ildir onlara xüsusi diqqət yetirilir.

Xəbər lenti

Xəbər lenti