...

Özəl mühafizə ilə məşğul olanlar silahdan istifadə edə bilməyəcəklər

Siyasət Materials 23 Yanvar 2007 17:03 (UTC +04:00)

Milli Məclisin payız sessiyasında birinci oxunuşda qəbul olunan "Özəl mühafizə haqqında" qanunda əsaslı dəyişiklik ediləcək. Trend in məlumatına görə, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, millət vəkili Əli Hüseynov məlumat verib.

Onun sözlərinə görə, özəl mühafizə ilə məşğul olmaq sahibkarlıq fəaliyyətinin bir növü kimi nəzərdə tutulub.

"Azərbaycan demokratik ölkədir və insanlara seçim hüquqi verilir. Əgər kimsə öz əmlakını qorumaq üçün özəl mühafizənin xidmətindən istifadə etmək istəyirsə, bunu həmin şəxsə heç kim qadağan edə bilməz. Eyni zamanda bu, dövlət mühafizəsini istisna etmir", - deyə komissiya sədri bildirib.

Ə.Hüseynov qeyd edib ki, "Özəl mühafizə haqqında" qanun layihəsi birinci oxunuş zamanı ciddi müzakirələrə səbəb olub: "Prezident İlham Əliyev özəl mühafizə ilə məşğul olan şəxslərin silahdan istifadə etmələrinə icazə verən maddəni qanundan çıxarıb. Artıq özəl mühafizə ilə məşğul olan şəxslər mülki silahdan istifadə edə bilməzlər. Məlumdur ki, onların istifadə etdikləri silahlar xidməti silah deyil. Çünki onlar dövlətə məxsus deyil."

Ə.Hüseynov hesab edir ki, bu maddənin qanundan çıxarılması müsbət haldır. Çünki əlavə problemlərin yaranmasına səbəb ola bilərdi.

Komissiya sədri bildirib ki, "Özəl mühafizə haqqında" qanun layihəsi parlametinin yaz sessiyasında ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti