...

Azərbaycan prezidenti "Valmont" şirkətinin prezidentini qəbul edib

Siyasət Materials 23 Yanvar 2007 19:55 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də "Ialmont" şirkətinin prezidenti Mogens Beyin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend xəbər verir.

Azərbaycan Prezidenti ABŞ iş adamlarının və ayrı-ayrı mühüm şirkətlərinin ölkəmizdəki fəaliyyətindən məmnun qaldığını bildirib, kənd təsərrüfatı sahəsində çalışan özəl şirkətlərlə əməkdaşlıq edən "Ialmont" şirkətinin də Azərbaycanda uğurlu layihələr həyata keçirəcəyinə əmin olduğunu deyib.

Ialmont şirkətinin prezidenti Mogens Bey həmişə onların fəaliyyətini dəstəkləyən Prezident İlham Əliyevə minnətdarlıq edib, rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi konkret layihələr haqqında məlumat verib.

Azərbaycan Prezidenti İlham Əliyev şirkətə Azərbaycan dövləti tərəfindən hər cür kömək göstəriləcəyini bildirib.

Qonaqlar Azərbaycan Prezidentinə şəkil və kitab təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti