...

Naxçıvan MR Yazıçılar Birliyinə yeni sədr seçilib

Siyasət Materials 24 Yanvar 2007 11:45 (UTC +04:00)

Naxçıvan MR Yazıçılar Birliyinə yeni sədr seçilib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, Naxçıvan MR Yazıçılar Birliyinin keçirilən konfransında bu məsələ müzakirə edilib.

Naxçıvan şəhər İcra Hakimiyətinin konfrans zalında baş tutan tədbirdə Naxçıvan MR Yazıçılar Birliyinin yeni sədrinin seçilməsi məsələsinə baxılarkən birliyə 30 il müddətində rəhbərlik etmiş xalq yazıçısı Hüseyn İbrahimovun səhhəti ilə əlaqədar bu vəzifədən azad olunması barədə ərizə ilə Ali Məclis Sədrinə müraciət etməsi konfrans iştirakçıları tərəfindən nəzərə alınıb.

Daha sonra birliyin üzvü akademik İsa Həbibbəyli Asim Əliyevin Naxçıvan MR Yazıçılar Birliyinin sədri vəzifəsinə seçilməsi təklifini irəli sürüb. Namizəd barədə çıxışlardan sonra Asim Əliyev açıq səsvermə yolu ilə Naxçıvan MR Yazıçılar Birliyinin sədri seçilib. Tədbirin sonunda qurumun 5 nəfərdən ibarət idarə heyəti seçilib.

Xəbər lenti

Xəbər lenti