...

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokuna paytaxtın mərkəzi meydanlarında mitinq keçirməyə izacə vermədi

Siyasət Materials 24 Yanvar 2007 17:08 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun yanvarın 26-da paytaxtın mərkəzindəki meydanlarda mitinq keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib.

O, bidirib ki, Bakı Şəhər İcra Hakimiyyəti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əsaslaraq "Azadlıq" blokunun şəhərin mərkəzi yerlərində, əhalinin, nəqliyyatın gur olduğu ərazilərdə kütləvi tədbirlərin keçirilməsini məqsədəuyğun hesab etmir. Bunun əvəzində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yürüş-mitinqlər üçün müəyyənləşdirilmiş marşrutlar təklif olunub.

Xəbər lenti

Xəbər lenti