...

Avropa Şurası Nazirlər Komitəsinin yeni sədri deputatların suallarını cavablandıracaq

Siyasət Materials 24 Yanvar 2007 18:29 (UTC +04:00)

Bir neçə saatdan sonra Avropa Şurası Nazirlər Komitəsinin yeni sədri, San-Marinonun xarici işlər naziri Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) iclasında çıxış edəcək və deputatların suallarını cavablandıracaq. Bu barədə Trend ə açıqlamasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

"Azərbaycan nümayəndə heyətinin üzvləri olaraq mən və Rafael Hüseynov Avropa Şurası Nazirlər Komitəsinin yeni sədrinə bir neçə sualla müraciət etmişik və bu suallara cavab gözləyəcəyik. Təbii ki, suallarımız Dağlıq Qarabağ və keçmiş SSRİ ərazisində olan etnik münaqişələrlə bağlıdır. Mənim sualımda deyilir ki, Azərbaycan, Moldova və Gürcüstan beş ildən artıqdır ki, Avropa Şurasının üzvü olmalarına baxmayaraq hər üç ölkənin ərazi bütövlüyü hələ də bərpa olunmayıb və buna mane olan ölkələr var. Sualım ondan ibarətdir ki, Avropa Şurasının bu münaqişələrin həllinə mane olan ölkələrə qarşı təzyiq mexanizmlərindən istifadə etməsinin vaxtı çatmayıbmı?", - deyə millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti