...

Strasburqun Mark Lok Unversitetində Azərbaycanla bağlı seminar keçirilib

Siyasət Materials 26 Yanvar 2007 15:09 (UTC +04:00)

Yanvarın 25-də "Azərbaycan Evi"nin təşkilatçılığı ilə Fransanın Strasburq şəhərindəki Mark Lok Unversitetində Azərbaycanla bağlı seminar keçirilib. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib.

Seminarda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rafael Hüseynov "Nizami Gəncəvi və dünya ədəbiyyatı" mövzusunda məruzə ilə çıxış edib.

"Seminarda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, universitetin müəllimləri və diaspor nümayəndələri iştirak etdilər. Çox maraqlı bir tədbir oldu. Azərbaycan mədəniyyəti, ədəbiyyatı barədə çıxışlar oldu, suallara cavablandırıldı", - deyə millət vəkili qeyd edib.

Seminarda A.Mirzəzadə də çıxış edib. O bildirib ki, Nizami Gəncəvi Azərbaycan ədəbiyyatının zirvələrindən biridir. Azərbaycan mədəniyyəti özünü həyatın müxtəlif sahələrində göstərib.

Sonda Azərbaycanın Strasburqdakı diasporunun təmsilçiləri AŞPA-dakı nümayəndə heyətinə ziyafət verib.

Xəbər lenti

Xəbər lenti