Azərbaycan prezidenti İsrailin baş nazir müavini ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev İsrail hökumətinin baş nazir müavini, xarici işlər naziri, xanım Sipi Livni ilə görüşüb. Bu barədə Trend xəbər verir.
Görüşdə hazırki vəziyyət və iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin perspektivləri üzrə fikir mübadiləsi olub. Tərəflər iki ölkənin əməkdaşlığının gücləndirilməsi üçün müəyyən tədbirlərin və qarşılıqlı səfərlərin həyata keçirilməsinin zərurətini vurğulayıblar.