...

YAP-ın hesabına 2006-cı ildə üzvlük haqlarından 1 milyon 283 min manat daxil olub

Siyasət Materials 26 Yanvar 2007 18:49 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) hesabına 2006-cı ildə partiya üzvlük haqlarından 1 milyon 283 min manat daxil olub. Trend in məlumatına görə, bu barədə YAP İdarə Heyətinin yanvarın 26-da keçirilən iclasında bildirilib.

Daxil olan vəsait partiyanın mərkəzi və yerli təşkilatlarında çalışanların əmək haqlarının ödənilməsinə (600 min manatdan çox), tədbirlərin maliyyələşdirilməsinə, xeyriyyə işlərinə və orduya yardıma (107.336 manat), partiya atributlarının və vəsiqələrinin hazırlanmasına (25.385 manat), ezamiyyə xərclərinə (45.973 manat), kommunal, təsərrüfat və rabitə xərclərinə (128.682 manat), avadanlıqların alınmasına (74.965 manat), cari təmir işlərinə və s. sərf edilib. Artıq qalan vəsait partiyanın yerli və mərkəzi təşkilatlarının cari il hesabına köçürülüb.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildi hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti