...

Milli Məclisin sədri: "Azərbaycanla Türkiyə arasında əlaqələr yüksələn xəttlə inkişaf edir"

Siyasət Materials 27 Yanvar 2007 13:20 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov yanvarın 26-da Türkiyənin ölkəmizdəki səfiri Hüseyn Avni Qarslıoğlunu qəbul edib.

Azərbaycanda özünü doğma vətənindəki kimi hiss etdiyini deyən Hüseyn Avni Qarslıoğlu, ölkəmizdə səfir təyin olunmağından məmnunluğunu bildirib, dost və qardaş dövlətlərimiz arasında bütün sahələrdə əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb.

İki ölkənin parlamentlərarası əlaqələrinə toxunan diplomat vurğulayıb ki, son vaxtlar bu münasibətlər daha da inkişaf edib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq möhkəmlənib.

O, sədri dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin münasibətlərimizin inkişafına müsbət töhfə verdiyini vurğulayıb, Milli Məclisin sədri kimi ilk səfərini Türkiyəyə etdiyini deyib.

Oqtay Əsədov səfirə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti