...

GAMOH-un Türk Cümhuriyyətləri Təşkilatının II qurultayı keçirilib

Siyasət Materials 29 Yanvar 2007 12:48 (UTC +04:00)

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Türk Cümhuriyyətləri Təşkilatının (TCT) ikinci qurultayı keçirilib. Bu barədə Trend ə GAMOH-dan məlumat verilib.

GAMOH-un Quzey Kıbrıs Türk Cümhuriyyəti, Azərbaycan Respublikası, Türkiyə üzrə nümayəndəliklərinin iştirak etdiyi qurultay yanvarın 26-da başa çatıb. GAMOH-un türk dövlətlərindəki üzvləri və təşkilat başqanları yaşadıqları ölkələrdəki siyasi vəziyyətlə bağlı məruzə ediblər. GAMOH-un Bakı təmsilçisi Ağrı Qaradağlı Quzey Azəbaycandakı siyasi durum və təşkilatın problemləri haqda, İstanbul təmsilçisi Oqtay Türkmənçaylı Türkiyədəki son siyasi durum və ölkə rəsmilərinin GAMOH-la, Güney Azərbaycanla bağlı düşüncələrini, Quzey Kıbrıs üzrə nümayəndə Araz Celeyiroğlu oradakı vəziyyətə dair məlumat veriblər. Daha sonra TCT-nin İdarə Heyətinə seçkilər keçirilib, hər bölgə 3 nəfər nümayəndəsini irəli sürüb və yeni tərkib formalaşdırılıb.

Qurultaydan sonra GAMOH lideri Mahmudəli Çöhrəqanlı qurultay iştirakçılarına təbrik müraciəti ünvanlayıb.

Xəbər lenti

Xəbər lenti