...

Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq

Siyasət Materials 29 Yanvar 2007 17:36 (UTC +04:00)

Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq. Trend in məlumatına görə, qanunverici orqanın ilk iclasında intizam və hesablayıcı komissiyaların tərkibi yenidən təşkil olunacaq, yaz sessiyası üçün iş planı təsdiq ediləcək. Bundan başqa türkdilli ölkələrin dövlət başçılarının IIII zirvə görüşündə qəbul olunmuş Antaliya bəyannaməsinin təsdiq edilməsi barədə, Azərbaycanın "Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq dənizi Təşkilatının yaradılması haqqında" Konvensiyaya qoşulması barədə", "Azərbaycan Respublikası hökuməti və Kuba Respublikası hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik olan vətəndaşların vizasız gediş-gəlişi haqqında" sazişin təsdiq edilməsi barədə", "Milli Məclisin deputatının statusu haqqında" qanuna əlavələrin və dəyişikliklərin edilməsi barədə", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" qanun layihələrinə baxılacaq, habelə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər olunacaq.

Bundan başqa Milli Məclisin yaz sessiyasında hökumətin 2006-cı ilin yekunları ilə bağlı hesabatı dinləniləcək, "Atçılıq haqqında" və "Dövlət torpaqları haqqında" və digər qanunlar, həmçinin İnzibati Prosesual Məcəllə, "Dövlət qulluqçularının etik davranış kodeksi" müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti