...

DİN: Məhkumluqla bağlı arayış üçün müraciət edənlərin 90 faizi Rusiyaya gedən Azərbaycan vətəndaşlarıdır

Siyasət Materials 29 Yanvar 2007 17:43 (UTC +04:00)

Məhkumluğun olub-olmaması ilə bağlı arayış almaq üçün müraciət edənlərin 90 faizi Rusiya Federasiyasına (RF) gedən Azərbaycan vətəndaşlarıdır. Trend in xəbərinə görə, bu barədə yanvarın 29-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəis müavini polis polkovniki Nazim Knyazov məlumat verib.

N.Knyazovun sözlərinə görə, yeni qaydalara görə Rusiyada (yaxud başqa ölkələrdə) yaşayan Azərbaycan vətəndaşları üçün məhkumluğun olub-olmamasına dair arayış əldə etməklə əlaqədar Azərbaycana gəlmək mütləq deyil. Rusiyada yaşayanlar həmin ölkənin Azərbaycan səfirliyinə, RF-nin Sankt Peterburq şəhərində yaşayanlar həmin şəhərdəki Azərbaycan konsulluğuna müraciət edə bilərlər. Bu zaman onlardan ərizə və şəxsiyyət vəsiqəsinin surəti tələb olunur.

Digər varianta görə isə, onlar yaşayış yeri üzrə miqrasiya xidmətlərinə də müraciət edə bilərlər. Adları çəkilən qurumlar Azərbaycanın Daxili İşlər Nazirliyinə sorğu göndərirlər, bu sorğular 1-2 gün ərzində cavablandırılır. Hazırda belə sorğuların icrası ciddi nəzarətə götürülüb.

N.Knyazov onu da bildirib ki, hazırda məhkumluğun olub-olmamasına dair arayışla əlaqədar DİN-ə gün ərzində 300-350 müraciət daxil olur. Eyni həcmdə də müraciət Rusiyadan daxil olur. DİN gündəlik orta hesabla 100 nəfər barədə məhkumluğun olub-olmamasına dair sorğulara cavab göndərir və müvafiq arayışlar təqdim edir.

Xəbər lenti

Xəbər lenti