...

Azərbaycan və Pakistan arasında iqtisadi sahədə üç yeni müqavilənin imzalanması planlaşdırılır

Siyasət Materials 31 Yanvar 2007 16:46 (UTC +04:00)

Azərbaycan və Pakistan arasında iqtisadiyyat sahələrində üç yeni müqavilənin imzalanması planlaşdırılır. Bu barədə Trend ə eksklüziv müsahibəsində Pakistanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Sabir Rzayev məlumat verib. Onun sözlərinə görə, müqavilələr informasiya texnologiyaları və nəqliyyat əlaqəsi sahəsində imzalanacaq. Diplomat bildirib ki, informasiya texnologiyaları sahəsində müqavilənin layihəsi artıq dövlətlər tərəfindən razılaşdırılıb, digər iki layihə razılaşdırılma mərhələsindədir. "Sənədlərin 6-7 fevral tarixində İslamabada ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə keçiriləcək hökumətlərarası iclasda imzalanması planlaşdırılıb" deyə o, qeyd edib.

Onun sözlərinə görə, iclasın gündəliyində növbəti məsələlər yer alacaq: ticarət, elm və texnologiya, rabitə, kənd təsərrüfatı, maliyyə, bank, əmək, təhsil, səhiyyə, idman və turizm sahələrində əməkdaşlığın inkişafı. Bununla yanaşı, tərəflər energetika və təbii resurslar sahəsində də inkişafın mümkünlüyü məsələsini müzakirə edəcək.

S. Rzayevin sözlərinə görə, Pakistan tərəfindən komissiyaya rəhbərliyi Pakistanın neft və təbii resurslar naziri Əmənulla Xan Cadun edəcək. Azərbaycan tərfindən isə komissiyanın rəhbəri baş nazirin birinci müavini Yaqub Eyyubov olacaq. Komissiyanın tərkibinə müdafiə sənayesi, xarici işlər, rabitə və informasiya texnologiyaları, təhsil, iqtisadi inkişaf, səhiyyə, maliyyə, kənd təsərrüfatı və s. nazirlərin müavinləri daxildir.

Xəbər lenti

Xəbər lenti