...

Azərbaycan prezidentinin Fransaya səfəri davam edir

Siyasət Materials 31 Yanvar 2007 16:49 (UTC +04:00)

Yanvarın 31-də Fransaya səfərinin sonuncu günü Azərbaycan prezidenti Lill şəhərinə yola düşüb, burada ticarət-sənaye palatasında görüş keçirib. "ANS" telekanalına istinadən Trend xəbər verir ki, görüşdə Azərbaycan prezidenti qeyd edib ki, bu səfərdən sonra ölkələr arasında münasibətlər yeni mərhələyə daxil olacaq və əlavə edib ki, uğurlu siyasi əlaqələr iqtisadi əməkdaşlıq üçün də əlverişli şərait yaradır.

İ.Əliyev bu regionun iş adamlarını bizneslərinin inkişaf etdirilməsi üçün Azərbaycana dəvət edib və bildirib ki, bu gün ölkədə bunun üçün əlverişli şərait yaradılıb. Ölkə başçısı vurğulayıb ki, investisiyaları Azərbaycana cəlb edən daha bir amil odur ki, ölkədə siyasi sabitlik hökm sürür.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan da inkişaf edir və keçən il iqtisadi artım 35 faiz təşkil edib ki, bu da yeni layihələrin tətbiq edilməsinə şərait yaradıb. İ.Əliyev qeyd edib ki, hazırda Azərbaycan ölkənin infrasturukturu ilə bağlı layihələrin sayını artırmaq fikrindədir və bu baxımdan Fransa şirkətləri Azərbaycanla geniş əməkdaşlıq edə bilərlər.

O bildirib ki, Azərbaycan Fransa ilə həmçinin Avropa İttifaqı çərçivəsində əməkdaşlıq edir və Avropanın enerji təhlükəsizliyi məsələsinə Azərbaycan artıq öz tövhəsini verib.

Xəbər lenti

Xəbər lenti