...

YAP-ın sədr müavini Ə.Əhmədov: "Siyasi partiyalar haqqında qanunla bağlı hamının maraqlarını təmin edən mövqe ortaya qoyulmayıb"

Siyasət Materials 1 Fevral 2007 17:51 (UTC +04:00)
YAP-ın sədr müavini Ə.Əhmədov: "Siyasi partiyalar haqqında qanunla bağlı hamının maraqlarını təmin edən mövqe ortaya qoyulmayıb"

"Siyasi Partiyalar haqqında" qanunun yenidən müzakirə ediləlməsi üçün Milli Məclisin yaz sessiyasının gündəliyinə salınıb-salınmaması parlament rəhbərliyinin səlahiyyətinə aid olan məsələdir. Ümumiyyətlə, hesab edirəm ki, bu məsələni ciddi şəkildə müzakirə etdikdən sonra parlamentin gündəliyinə daxil etmək olar". Bu fikirləri Trend ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

O, "Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı mövqeyini açıqlayarkən bildirib ki, həmin sahədə qanunvericilik bazası təkmilləşdirilməlidir. Ə.Əhmədovun fikrincə, eyni zamanda burada maraqlı məqamlar ortaya çıxır: "Məsələn, siyasi təşkilatların maliyyələşməsi, maliyyə şəffaflığının təmin edilməsi, partiyaların yenidən qeydiyyata alınması prinsipləri müəyyənləşdirilməlidir. Bu predmetlər ən azı partiyalar arasında ciddi şəkildə müzakirə olunmalıdır. Ən yaxşı seçim müzakirələrin nəticəsindən asılı olacaq. Ümumi optimal bir variant ortaya çıxarılandan sonra həmin layihə müzakirəyə çıxarıla bilər. Hesab edirəm ki, bu layihə nə zamansa Milli Məclisin müzakirəsinə çıxarılacaq".

Millət vəkili əlavə edib ki, irəli sürülən təkliflərin hamısı ilə əlaqədar aydın və partiyaların hamısının maraqlarını təmin edən mövqe ortaya qoyulmayıb. Çünki bir sıra məsələlərə yanaşmada siyasi partiyalar arasında fikir ayrılıqları mövcuddur. Buna baxmayaraq, Ə.Əhmədov "Siyasi partiyalar haqqında" qanunun yeniləşməsinə və ya yeni qanunun qəbuluna ehtiyac olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti