...

"Azadlıq" bloku mart ayında geniş kütləvi etiraz aksiyalarına başlayacaq

Siyasət Materials 5 Fevral 2007 15:15 (UTC +04:00)

"Azadlıq" siyasi bloku mart ayında geniş kütləvi etiraz aksiyalarına başlayacaq. Bu barədə Trend ə blokda təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli məlumat verib.

AXCP-nin Rəyasət Heyətinin bu gün - fevralın 5-də keçirilən toplantısında partiyadaxili məsələlər, yeni il üçün nəzərdə tutulmuş iş planının icrası, rəhbər strukturların və rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib. Rayon təşkilatlarının məclislərinin genişləndirilməsinin iclaslarının keçirilməsi qərara alınıb. Həmçinin partiyanın təmsil olunduğu "Azadlıq" blokunun fəaliyyətinin gücləndirilməsi və mart ayında geniş kütləvi aksiyalara başlanılması məqsədəuyğun hesab edilib. Bu məsələ bloka daxil olan digər partiyalarda da müzakirə ediləcək. Etiraz aksiyaları əsasən, sosial-iqtisadi problemlərlə bağlı olacaq. N.Məmmədlinin sözlərinə görə, fevral ayında isə AXCP əsasən təşkilati işlərlə məşğul olacaq.

Qeyd edək ki, "Azadlıq" blokunda 4 müxalifət partiyası - AXCP, Liberal, Vətəndaş və İnkişaf (VİP), Azərbaycan Demokrat (ADP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti