...

Yanvarda Azərbaycanda 19 qanunsuz sərhəd keçmə halı aşkarlanıb

Siyasət Materials 5 Fevral 2007 17:49 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın Dövlət Sərhəd Xidmətinin əməkdaşalrı tərəfindən 19 qanunsuz sərhəd keçmə halı aşkarlanıb. Bu barədə Trend ə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Nəticədə 21 İran, 8 Azərbaycan, 6 İraq, 2 Nigeriya, 2 Gürcüstan, RF, Türkiyə və Əfqanıstandan 1 vətəndaş saxlanılıb. Sərhədçilər sərhəd rejimini pozan 43 azərbaycanlını qeydiyyata alıb.

AR-in Cinayət Məcəlləsinin müxtəlif bəndləri ilə axtarışda olan 47 nəfər saxlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə nəticəsində 2 kq 950 qram marixuana və 18 qram opiy müsadirə edilib.

Sərhədi keçmək üçün saxta pasport təqdim etmiş şəxslərdən 10 İran, 3 İraq və 2 Nigeriya vətəndaşı həbs olunub.

Su sərhədində rejimi 10 qayıq pozub və 21 nəfər qanunsuz olaraq balıqtutma ilə məşğul olub.

Yanvar ayında sərhəddə deklarasiya olunmamış məhsullar: 89 spirtli içki şüşəsi, 24 zinət əşyası və 429 nüsxə dini kitab müsadirə edilib.

Xəbər lenti

Xəbər lenti