...

Azərbaycanın iqtisadi inkişafının yeni keyfiyyət mərhələsində maliyyə resuslarından düzgün istifadə olunması mühüm əhəmiyyət kəsb edir

Siyasət Materials 5 Fevral 2007 17:52 (UTC +04:00)

Azərbaycanın iqtisadi inkişafının yeni keyfiyyət mərhələsində maliyyə resuslarından düzgün istifadə olunması mühüm əhəmiyyət kəsb edir. Trend in məlumatına görə, bu barədə Böyük Britaniyanın LİNKS təşkilatının dəstəyi ilə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının fevralın 5-də "Təfəkkür" Universitetində təşkil etdiyi "İqtisadi inkişafınn yeni keyfiyyət mərhələsinin prioritetləri və maliyyə resuslarından istifadə problemi" adlı konfranrsda bildirilib.

Milli Məclisin İqtisadi siyasət komissiyasının sədri, deputat Ziyad Səmədzadə qeyd edib ki, Azərbaycanda maliyyə sisteminin fəaliyyəti üçün əlverişli sistem var və bu sahənin fəaliyyətini təmin edən qanunlar qəbul olunub, mükəmməl qanunvericilik bazası formalaşdırılıb.

Komissiya sədrinin fikrincə, həyata keçirilən uğurlu neft strategiyasmı nəticəsində ölkənin maliyyə imkanları genişlənir. "Azərbaycanın iqtisadi inkişfı imkan verir ki, ölkəmiz gələcəkdə dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilsin. İndii bizim qarşımızda duran əsas məsələ neft gəlirlərini necə istifadə etmək və onu necə idarə etməklə bağlıdır", deyə Ziyad Səmədzadə vurğulayıb.

Maliyyə naziri Samir Şərifov bildirib ki, 2006-cı ilin sosial iqtisadi yekunları onu göstərir ki, ötən il Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edir.

2006-cı ilin sosial-iqtisadi yekunlarını rəqəmlərlə konfrans iştirakçılarının nəzərinə çatdıran nazir deyib ki, ötən il Azərbaycan xarici və daxili investisyalar üçün cəlbedici ölkə olub.

S.Şərifov qeyd edib ki, 2007-ci ilin dövlət büdcəsi sosial və investisiya yönümlüdür. Bunun nəticəsində bir sıra böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

"Qarşıda duran əsas vəzifə infilyasiyanı idarəolunan səviyyədə saxlamaq və manatın həddindən artıq möhkəmlənməsinə yol verməməkdir. Çünki həm infilyasiyanın idarə olunmaması, həm də manatın həddindən artıq möhkəmlənməsi ziyanlı prosesdir. İnfliyasiya idarəolunan səviyyədə saxlanılmalıdır", -deyə maliyyə naziri əlavə edib.

Onun sözlərinə görə, 2007-ci ilin dövlət büdcəsi tərtib olunan zaman 2006-cı ilin makroiqtisadi göstəriciləri nəzərə alınıb və bu büdcə reallahdırılan zaman da belə olmalıdır. Bu göstəricələrdən biri də ötən il infilyasiyanın bir rəqəmli olmasıdır.

Maliyyə nazirinin fikrincə, qarşıda duran əsas vəziyələrdən bir də Azərbaycan iqtisadiyyatının neftdən asılılığını azaltmaqdır və bu azalma tədricən həyata keçirilməlidir.

Sonra Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, İqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov, Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov, Vegilər Nazirliyinin Vergi Siyasəti və Strateji araşdırmalar Baş İadrəsinin rəisi Akif Musayev, "Təfəkkür" Universitetinin rektoru Müşfiq Atakişiyev və başqaları çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti