...

Mərakeş Nümayəndələr Palatasının sədri Azərbaycana səfər edəcək

Siyasət Materials 9 Fevral 2007 14:28 (UTC +04:00)

Mərakeş Nümayəndələr Palatasının sədri Abdul Vahid ər-Radının Azərbaycana səfəri planlaşdırılır. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov bildirib.

Onun sözlərinə görə, səfər bu ilin aprel ayı üçün planlaşdırılır. Səfir bildirib ki, hazırda bu səfərin vaxtı və proqramı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.

Səfər çərçivəsində iki ölkə arasında qanunvericilik sahəsində əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılır.

Mərakeş Nümayəndələr Palatasının sədri səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək, beynəlxalq təşkilatların parlament assambleyaları səviyyəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti