...

Azərbaycan prezidenti İcra aparatının şöbə müdiri: Azərbaycan ərazisində yaşamaq – ermənilər üçün ən böyük kompromisdir

Siyasət Materials 9 Fevral 2007 18:29 (UTC +04:00)
Azərbaycan prezidenti İcra aparatının şöbə müdiri: Azərbaycan ərazisində yaşamaq – ermənilər üçün ən böyük kompromisdir

Mən arzu edirəm ki, 2007-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə nöqtə qoyulsun, lakin mən bununla bağlı qəti mövqeyimi bildirə bilmərəm, çünki Ermənistanın hökumət orqanları bu amildən şəxsi maraqları üçün istifadə etməyə başlayırlar. Bununla bərabər, onların siyasi riyakarlığının üstü açılır. Bu barədə Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə eksklüziv olaraq məlumat verib.

O, münaqişənin nizamlanmasının başlıca prinsiplərinin razılaşdırıldığı və bəzi texniki tərəflərin həllinin qaldığına dair rusiyalı və amerikalı həmsədrlərin rəyində fikir ayrılığının olmasını belə izah etdi ki, həmsədrlərin hər birinin öz fikri var və onlar hadisələrə müəyyən nəzər nöqtəsindən baxırlar.

Prezidentlərin öz xalqlarını kompomisə hazırlamasının zəruri olması haqqında həmsədrlərin bəyanatını şərh edən N.Məmmədov bildirib ki, yalnız hər hansı irəliləyişin olduğu halda kompromisdən danışmaq olar. Şöbə müdiri əlavə edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmalı, qaçqın və məcburi köçkünlər öz daimi yaşayış yerlərinə qaytarılmalı və Dağlıq Qarabağa yüksək muxtariyyat statusu verilməlidir. "Ermənilər üçün bu, çox böyük kompromisdir. Onların Azərbaycanda yaşaması, bu ölkənin uğurlarından istifadə etmək ən böyük kompromisdir. Əgər onlar bu şərtləri qəbul etsələr, onların yaşam şəraiti xeyli yaxşı olacaq", - deyə N.Məmmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti