...

AB-nin xüsusi nümayəndəsi: Avropa Birliyi və Rusiya "dondurulmuş münaqişələrin" dinc yolla həlli üçün lazımi şəraitin yaradılmasına birlikdə köməklik göstərməlidirlər

Siyasət Materials 12 Fevral 2007 15:39 (UTC +04:00)
AB-nin xüsusi nümayəndəsi: Avropa Birliyi və Rusiya "dondurulmuş münaqişələrin" dinc yolla həlli üçün lazımi şəraitin yaradılmasına birlikdə köməklik göstərməlidirlər

Avropa Birliyi, Rusiya və başqa maraqlı tərəflər "dondurulmuş münaqişələrin" dinc yolla həlli üçün lazımi şəraitin yaradılmasına birlikdə köməklik göstərməlidirlər. Bu barədə Avropa Birliyinin Cənubi Qafqaz ölkələrində xüsusi nümayəndəsi Piter Semnebi rəsmi Moskvanın keçmiş Sovet İttifaqının ərazisində "dondurulmuş münaqişələrin" həllinə müdaxiləni dayandırmağı və bu zonada AB-nin təsir sahəsinin genişləndirilməsindən imtina etməsini Avropa Birliyindən tələb etməsini şərh edərkən Trend ə eksklüziv olaraq məlumat verib.

O qeyd edib ki, Avropa Birliyi postsovet məkanında münaqişələrin həllində maraqlıdır və münaqişələrin həllinə mühüm töhfə verə bilər. "Bu, yeni tərkib hissələri, o cümlədən maliyyə və s. formada ola biləcək töhfədir", - deyə P.Semnebi vurğulayıb.

P.Semnebi qeyd edib ki, ölkələr özləri Avropa Birliyi ilə əməkdaşlıqda maraqlıdırlar və münaqişələrin həllinə görə əsas məsuliyyət tərəflərin özlərinin çiyinlərinə düşür.

O, Avropa Birliyinin postsovet məkanında təsir sahəsinin genişlənməsinə toxunaraq qeyd edib ki, söhbət sabit qonşuluğun qarşılıqlı marağından gedir və bu, həm Avropa Birliyinin, həm də Rusiyanın maraqları çərçivəsindədir.

Xəbər lenti

Xəbər lenti