...

Dövlət Komitəsinin sədri: "I Forumda Azərbaycan və türk diasporlarının Koordinasiya Şurası yaradılacaq"

Siyasət Materials 12 Fevral 2007 16:29 (UTC +04:00)
Dövlət Komitəsinin sədri: "I Forumda Azərbaycan və türk diasporlarının Koordinasiya Şurası yaradılacaq"

Martın 9-da Bakıda keçiriləcək Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda Azərbaycan və türk diasporlarının Koordinasiya Şurası yaradılacaq. Trend in məlumatına görə, bu barədə fevralın 12-də mətbuat konfransı keçirən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama verib.

O, qeyd edib ki, I Forumda Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı və çıxışları gözlənilir. Tədbirdə Azərbaycan və Türkiyə tərəfdən rəsmi şəxslər, xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı və türk icmalarının nümayəndələri, türkdilli xalqların nümayəndələri iştirak edəcək. Ümumilikdə Foruma 48 ölkədən ümumilikdə 450 nəfərə yaxın nümayəndə dəvət ounacaq. Bundan başqa 30-dan ölkədən Azərbaycan və türk diasporunun inkişafında xidmətləri olmuş görkəmli ictimai-siyasi, dövlət xadimləri, 150-ə yaxın belə qonaq dəvət olunacaq.

Forumda "Azərbaycan və türk diasporlarının birgə fəaliyyət strategiyası" qəbul olunacaq. N.İbrahimovun sözlərinə görə, bu sənədlə bağlı Azərbaycan və Türkiyənin dövlət qurumları ilə son tamamlama işləri aparılır: "Bu sənəd diasporlarımızın fəaliyyəti üçün ideolji bir sənəd olacaq. Azərbaycan və Türkiyə "bir millət iki dövlət" olduğu üçün bir millətin də iki diasporu olmamalıdır. Bunan sonra bir gücün üstünə daha bir güc gəlib ümumi maraqlarımızın qorunması üçün informasiya müharibəsində artıq hücum taktikasına keçməliyik"-deyə N.İbrahimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti