...

Azərbaycanın xarici işlər naziri Qazaxıstanda Bakı-Axalkələk-Qars dəmir yolu layihəsini müzakirə edəcək

Siyasət Materials 12 Fevral 2007 20:47 (UTC +04:00)

Fevral ayının üçüncü dekadasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Qazaxıstana səfəri zamanı ölkələr arasında ikitərəfli münasibətlər müzakirə olunacaq, həmçinin ölkənin yeni hökuməti ilə görüş keçiriləcək. Bu barədə Trend ə əsasən bu gün jurnalistlərə Elmar Məmmədyarov bəyan edib.

Onun sözlərinə görə, Astanada müzakirə mövzularından biri Qazaxıstan tərəfinin maraqlı olduğu Bakı-Axalkələk-Qars dəmir yolu layihəsi olacaq. "Azərbaycan Qazaxıstanın bu layihədə işirakında maraqlıdır və bu məsələ müzakirə olunacaq", deyə E. Məmmədyarov bildirib.

Nazirin məlumatına əsasən, onun səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana qarşıdan gələn səfərinə hazırlıq məsələsi də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti