...

Səfir: Gürücstan parlamenti ölkənin Azərbaycanda yeni səfirini təyin edib

Siyasət Materials 13 Fevral 2007 14:25 (UTC +04:00)
Səfir: Gürücstan parlamenti ölkənin Azərbaycanda yeni səfirini təyin edib

Gürcüstan parlamenti bu gün ölkənin Azərbaycanda səfiri vəzifəsinə Nikoloz Natbiladzeni təyin edib. Bu barədə eksklüziv olaraq Trend ə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev bildirib.

O bildirib ki, bundan öncə N.Natbiladze Gürcüstan xarici işlər nazirinin enerji təhlükəsizliyi üzrə müavini vəzifəsini tutub.

Bu qərarın lehinə Gürcüstan parlamentinin 149 deputatı yekdilliklə səs verib. N.Natbiladzeni parlament sədri Nino Burcnadze şəxsən təbrik edib. O bildirib: "Mən ümid edirəm ki, Azərdaycan və Gürcüstan arasında strateji əməkdaşlıq sizin fəaliyyətiniz dövründə daha da dərinləşəcək və inkişaf edəcək".

Xəbər lenti

Xəbər lenti