...

Nazir: Aztelekom və "Baktelekom" vahid şəbəkədə birləşdiriləcək

Siyasət Materials 14 Fevral 2007 15:36 (UTC +04:00)
Nazir: Aztelekom və "Baktelekom" vahid şəbəkədə birləşdiriləcək

"Aztelekom" və "Bakı Telefon Rabitəsi" rabitə müəssisələrində hökumət tərəfindən vahid səhmdar olan rabitə və informasiya texnologiyaları nazirliyi onların vahid şəbəkədə birləşdirilməsi prosesinə başlayıb.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Trend ə verdiyi məlumata əsasən, başqa kiçik dövlətlərin misalında dövlət telekommunikasiya strukturu vahid müəssisə kimi fəaliyyət göstərməlidir. Analoji təcrübə Qazaxıstan, Rusiya və Ukraynada tətbiq olunur.

Azərbaycan hökumətinə bu cür təklif rabitə sahəsində müəssisələrin özəlləşdirilməsinə hazırlıq üzrə məsləhətçi CA IB konsorsiumundan daxil olub. Nazir birləşdirilmiş strukturun adını "Aztelekom" saxlanacağı mümkünlüyünü istisna etmir.

"Növbəti addım kimi məsləhətçinin Aztelekomun özəlləşdirilməsi üzrə təklifi hazırlaması olacaq. Hazırda o, yerli məsələlərin həll edilməsi üçün bilavasitə Aztelekomla işləyir", deyə, nazir bildirib.

Özəlləşdirmə prosesində birinci mərhələdə CA IB-nin təklifindən asılı olaraq dövlət tərəfində böyük olmayan səhm paketinin saxlanılması planlaşdırılıb.

Məsləhətləşmə xidməti iki mərhələdə həyata keçiriləcək: birinci mərhələdə müəssisələrin nizamnamə kapitalında olan dövlət payının inventarlaşdırılması, həmçinin birgə müəssisələr və beynəlxalq standartlara uyğun olaraq hər hansı bir əmlakın məqsədyönlü olmayan özəlləşdirilməsini aşkar etmək üçün müəssisələrin qiymətləndirilməsi, müəssisədən həmin əmlakın kənar edilməsini aşkar etmək, həmin əmlakın istifadəsi üçün tövsiyələrin hazırlanması nəzərdə tutulub.

İkinci mərhələyə özəlləşdirmə prosesinə səhmdarların cəlb olunması, özəlləşdirmə metodundan asılı olaraq müvafiq müəssisələrin (dövlət payının) satışı üzrə təşkilati xidmətlərin göstərilməsi, həmçinin informasiya memorandumunun hazırlanması, müsabiqə sənədlərinin tərtib olunması və s., müəssisənin effektiv fəaliyyətini təmin etmək üçün xüsusi təklif və şərtlərin təqdim olunması daxildir.

Xəbər lenti

Xəbər lenti