...

Birinci vitse-spiker: "Azərbaycanın NATO-ya üzv olması məsələsi müzakirə edilə bilər"

Siyasət Materials 15 Fevral 2007 12:33 (UTC +04:00)

Azərbaycanın NATO-ya üzv olması məsələsi müzakirə edilə bilər. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini, Azərbaycanın NATO-dakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov bildirib.

"Əgər söhbət Azərbaycanın NATO-ya üzv olmasından gedirsə, bu ikitərəfli prosesdir. Əvvəlcə NATO-nun bizim ölkəni öz sıralarına qəbul etməyə hazır olub-olmadığına dair suala cavab verilməlidir. NATO buna hazırdırsa, rəsmi Bakı məsələni müzakirə edə bilər", -deyə Ziyafət Əsgərov əlavə edib.

Xəbər lenti

Xəbər lenti