...

ALP-nin növbəti qurultayının keçiriləcəyi tarix müəyyənləşdirilib

Siyasət Materials 19 Fevral 2007 13:03 (UTC +04:00)

Azərbaycan Liberal Partiyasının (ALP) növbəti qurultayı 2007-ci ilin iyun ayının birinci ongünlüyündə keçiriləcək. Trend in məlumatına görə, bu barədə qərar ALP Siyasi Şurasının fevralın 17-də keçirilən iclasında qəbul olunub.

Qeyd edək ki, ALP sabiq dövlət katibi Lalə Şövkətin rəhbərliyi ilə 1996-cı ildə yaradılıb. Lalə Şövkət hazırda müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədridir. O, müxalifətçi Liberal Partiyanın qurucusu və lideridir. 2003-cü ilin prezident seçkiləri dövründə ALP sədri vəzifəsindən istefa verib və bu partiyanın da daxil olduğu Milli Birlik Hərəkatının lideri seçilib. Həmin dövrdən partiyaya ALP İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan rəhbərlik edir. O ALP-nin sədr əvəzi kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Lalə Şövkət 1993-cü ilin iyulundan 1994-cü ilin yazınadək dövlət katibi olub.

Xəbər lenti

Xəbər lenti