...

Azərbaycan XİN rəhbərinin Qazaxıstana səfərinin tarixi dəqiqləşdirildi

Siyasət Materials 19 Fevral 2007 15:33 (UTC +04:00)

Fevralın 27-də Azərbaycan xarici işlər naziri Qazaxıstana səfər edəcək. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Bu səfər çərçivəsində Azərbaycanın xarici idarə rəhbərinin ən yüksək səviyyədə görüşləri planlaşdırılır. Tərəflər ikitərəfli, regional və beynəlxalq xarakterli əməkdaşlıq məsələlərini, eləcə də enerji əməkdaşılığı məsələsini müzakirə edəcəklər.

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun həmçinin Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana nəzərdə tutulan rəsmi səfəri ilə əlaqədar məsələləri də müzakirə edəcəyi gözlənilir.

Səfirlikdən bildiriblər ki, səfər çərçivəsində Azərbaycan XİN rəhbəri Aktau şəhərinə də səfər edəcək.

Xəbər lenti

Xəbər lenti