...

Sərdar Cəlaloğlu: "ADP sədrliyinə namizədliyimi irəli sürəcəm"

Siyasət Materials 19 Fevral 2007 19:29 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu may ayında keçiriləcək qurultayda partiya sədrliyinə namizədliyin irəli sürəcək. Trend in məlumatına görə, bu barədə fevralın 19-da partiya qərərgahında keçirdiyi mətbuat konfransında ADP qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Sərdar Cəlaloğlu bildirib.

"ADP-də partiya sədri olmağa layiq xeyli insan var. Mən özümü onların sırasında görürəm. Əgər partiya üzvləri dəstəkləsələr, sədrliyə namizədliyimi irəli sürəcəm", -deyə S.Cəlaloğlu vurğulayıb.

Qeyd edək ki, S.Cəlaloğlu bir müddət əvvəl belə bir planının olduğunu açıqlamışdı. Lakin bu məsələ ADP daxilində ciddi narazılıq yaratdığına görə S.Cəlaloğlu daha sonra bu niyyətindən imtina etdiyini demişdi.

"Mən Rəsul Quliyevə görə sədrliyə namizədliyimi irəli sürmək istəmirdim. Çünki Rəsul Quliyev bunu etirazla qarşılıyırdı", -deyə o vurğulayıb.

S.Cəlaloğlu əlavə edib ki, R.Quliyevin partiya daxilində nüfuzu olmadığına görə ona alternativ olmaq istəməyib: "Sonuncu qurultayımıza 600 nəfər iştirak edirdi. Rəsul Quliyev sədrliyə yeganə namizəd olsa da, 200 nəfər onun əleyhinə səs vermişdi. 2005-ci ilin 17 oktyabrından Rəsul Quliyev Azərbaycana qayıda bilməyəndən sonra əksəriyyət onun ADP sədrliyindən uzaqlaşdırılmasını tələb edirdi".

Onun sözlərinə görə, R.Quliyev özünü diktator kimi aparıb və hər zaman özünün şəxsi istəyinin ADP-nin Nizamnaməsindən üstün tutulmasının tələb edib.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi partiyalar blokunun üzvüdür. 1991-ci ildə yaradılmış ADP-nin sədri, Azərbaycanın eks-spikeri Rəsul Quliyev 1996-cı ildən indiyədək mühacirətdə yaşayır.

Xəbər lenti

Xəbər lenti