...

Gürcüstan XİN rəhbəri: Gürcüstanın Azərbaycan və Türkiyə ilə dinamik, Ermənistanla sabit münasibətləri var

Siyasət Materials 19 Fevral 2007 20:27 (UTC +04:00)
Gürcüstan XİN rəhbəri: Gürcüstanın Azərbaycan və Türkiyə ilə dinamik, Ermənistanla sabit münasibətləri var

Gürcüstanın Azərbaycan və Türkiyə ilə dinamik, Ermənistanla sabit münasibətləri var. Bu barədə Trend in Tfilisidəki xüsusi müxbirinin məlumatına əsasən Almaniyannı xarici işlər naziri Frank-Valter Ştainmayerlə birgə mətbuat konfransında onun gürcüstanlı həmkarı Gela Bejuaşvili bəyan edib.

O, qeyd edib ki, bu günkü görüşdə həmkarı ilə regional təhlükəsizlik məsələləri müzakirə olunub. Əsas problemlər kimi Gürcüstanın Rusiya ilə münasibətləri tanınıb.

"Almaniya Gürcüstan-Rusiya münasibətlərində gərginliyin azalmasından razıdır", deyə Almaniyanın xarici işlər naziri Frank-Valter Ştainmayer qeyd edib. O, vurğulayıb ki, Almaniya və digər dövlətlər Rusiya ilə münasibətlərini Gürcüstan ərazisində olan münaqişələr, həmçinin Gürcüstanı maraqlandıran digər məsələləri Rusiya tərəfi ilə müzairə mövzusuna çevirmək üçün istifadə edir.

Bejuaşvili öz növbəsində qeyd edib ki, bu günkü görüşdə Almaniyanın gələcəkdə Gürcüstan və Rusiya arasındakı münasibətlərin yumşaldılması üçün nə edəcəyi müzakirə olunub. "Biz digər qonşularımzıla da münasibətləri müzakirə etdik", deyə gürcü naziri bildirib.

Xəbər lenti

Xəbər lenti