...

Naxçıvanda Əziz Əliyevin 110 illik yubileyi qeyd olunur

Siyasət Materials 21 Fevral 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir C . Qurbanoğlu / Naxçıvanda dövlət xadmi Əziz Əliyevin 110 illik yubileyi geniş şəkildə qeyd olunur . Trend in Naxçıvan Bürosunun məlumatına görə , ölkə başçısının müvafiq sərəncamının icrası ilə bağlı Naxçıvan MR Ali Məclisi tərəfindən tədbirlər planı hazırlanaraq , müvafiq təşkilatlara təqdim edilib .

Tədbirlər planına uyğun bu gün Naxçıvan Dövlət Universitetində konfrans keçirilib. Konfransda görkəmli dövlət xadiminin elmi-pedaqoji fəaliyyəti, Azərbaycan dövlətçiliyinin inkişafında Əziz Əliyevin roluna dair məruzələr olub. Çıxışlar ətrafında tələbələri maraqlandıran suallar cavablandırılıb.

Yubileylə bağlı digər elmi-praktiki konfrans elm və səhiyyə işçilərinin iştirakı ilə Azərbaycan MEA-nın Naxçıvan Bölməsində baş tutub. Tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev Əziz Əliyevin xidmətlərini təhlil edib. Konfransda çıxış edən Naxçıvan MR Səhiyyə Naziri Niyazi Novruzov bildirib ki, 87 elmi əsərin müəllifi olan Əziz Əliyevin təşəbbüsü ilə Azərbaycan dilində 45 dərslik yazılıb, onlardan 70-i təbabətin müxtəlif sahələrinə, 17-si tarixi və siyasi problemlərə həsr edilib.

Qeyd edək ki, yubileylə bağlı tədbirlər Naxçıvan MR-in regionlarında da paralel olaraq davam etməkdədir. Tədbirlər planına uyğun olaraq, bu istiqamətdə növbəti tədbir və konfranslar müxtəlif təhsil və səhiyyə müəssisələrində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti