...

NATO - da Azərbaycanın ictimai - siyasi dairələrini təmsil edən nümayəndələrlə görüş keçirilir

Siyasət Materials 22 Fevral 2007 14:03 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ Bu gün Brüseldə NATİO-nun mənzil-qərargahında Azərbaycanın ictimai-siyasi dairələrini təmsil edən nümayəndələrlə görüş başlayıb. Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibinə politoloqlar Vəfa Quluzadə, Eldar Namazov, deputat Fuad Muradov, Demokratik Jurnalistlər Assosiasiyasının sədri Yadigar Məmmədli, Trend informasiya agentliyinin baş direktoru İlqar Hüseynov, "Zerkalo" və "Mərkəz", "Novoe vremya", "Şərq", "Bakı xəbər" qəzetlərinin baş redaktorları Elçin Şıxlı, Şirzad Məmmədov, Şakir Ağayev, Akif Vəliyev, Aydın Quliyev daxildir.

Görüşlərdə NATO-nun Cənubi Qafqazdakı prioritetləri müzakirə ediləcək. Bundan başqa, terrorizmlə mübarizə mövzusuna, eləcə də Rusiya və NATO arasında əməkdaşlıq məsələlərinə toxunulacaq.

Xəbər lenti

Xəbər lenti