...

Keçmiş Səhiyyə naziri Əli İnsanovun məhkəməsi vəsatətləri ilə davam edib

Siyasət Materials 22 Fevral 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Fevralın 22-də Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan məhkəməsində keçmiş Səhiyyə naziri Əli İnsanovun məhkəməsi vəsatətləri ilə davam edib. Bu barədə Trend xəbər verir.

Əli İnsanovun vəkili Şaxverdi Ağaver məhkəmənin nəzərinə çatdırıb ki, keçmiş səhiyyə naziri həbs edilən vaxt AZ.TV və Lider TV-də onun evindən qızıl külçələrin aşkar edilməsi ilə bağlı videoçəkilişlər nümayiş etdirilib. Lakin cinayət işi materialları arasında həmin qızıl külçələrin tapılmasına dair protokol yoxdur. Ə.İnsanova qarşı bununla əlagədar ittiham irəli sürülməyib. Vəkil məhkəmədən bu məsələnin araşdırılmasını xahiş edib. Sonra Ə.İnsanov hakimə müraciət edərək barəsindəki həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı hazırlıq iclasında təqdim olunmuş vəsatətə təkrar baxılmasını xahiş edib. Daha sonra Ə.İnsanov məhkəmənin nəzərinə çatdırıb ki, ona qarşı sürülmüş ittihamlardan biri də mənimsəmə faktı ilə bağlıdır. Ə.İnsanov: "Mənə ittiham verilib ki, güya mən kəşf etdiyim "İnsanevit" dərman preparatının satışından külli miqdarda gəlir əldə etsəm də, dövlətə vergi ödəməmişəm. Lakin mənim həmin preparatlardan əldə etdiyim gəlirdən Vergilər Nazirliyinə 100 min dollara yaxın vergi ödəməyim barədə qaimələr var. Xahiş edirəm bu qaimələr məhkəmə sorğusu ilə Vergilər Nazirliyindən alınaraq işə əlavə olunsun".

Məhkəmə iclası Ə.İnsanovun vəsatətlərinin müzakirəsi ilə davam edir.

Xəbər lenti

Xəbər lenti