...

"Azərenerji" daha bir elektrik stansiyasını istismara verməyə hazırlaşır

Siyasət Materials 22 Fevral 2007 15:36 (UTC +04:00)
"Azərenerji" daha bir elektrik stansiyasını istismara verməyə hazırlaşır

Azərbaycan, Bakı /müx. Trend A.İsmayılova/ 2007-ci ilin sonu-2008-ci ilin əvvəlində Sumqayıtda daha bir yeni elektrik stansiyası istismara veriləcək. Bu barədə cümə axşamı Bakı modul elektrik stansiyasının açılışında "Azərenerji" SC-nın rəhbəri Etibar Pirverdiyev bildirib.

O bildirib: "Bu il "Şimal" stansiyasının tikintisinə başlanılacaq. Şüvalanda 4 meqavatt gücündə yeni stansiya tikiləcək".

Onun sözlərinə görə, bu gün açılan Bakı elektrik stansiyasının tikintisinə 50 milyon manat sərf edilib.

E.Pirverdiyev qeyd edib: "Stansiyanın istismara verilməsi Bakının enerji təchizatını hiss ediləcək şəkildə yaxşılaşdıracaq. Stansiya həmçinin "8-ci kilometr" qəsəbəsini yanacaqla tam şəkildə təmin etməyə qabildir".

"Azərenerji" rəhbəri elektrik enerjisi qiymətlərinin qalxacağı barədə gəzən fikirləri təkzib edib.

Xəbər lenti

Xəbər lenti