...

Azərbaycan Rusiya və Türkiyədən quşçuluq məhsullarının idxalına qoyulan qadağanı qismən aradan qaldırıb

Siyasət Materials 22 Fevral 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. S.Babayeva/ "Quş qripi" virusunun olması səbəbindən Rusiyanın Krasnodar vilayəti və Türkiyənin Batman əyalətindən quşçuluq məhsullarının və heyvan mənşəli ərzaqların idxalına qoyulan qadağa qismən ləğv olunub. Dövlət baytarlıq xidmətinin cümə axşamı yaydığı məlumata əsasən, bu gündən Rusiyanın Krasnodar vilayəti və Türkiyənin Batman əyalətindən diri quş, quş əti, quşçuluq məhsulları və quş yeminin idxalı istisna olunmaqla, digər heyvan mənşəli ərzaqlara qoyulan qadağa aradan qaldırılıb.

Dövlət xidməti bildirir ki, virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün ölkənin bütün sərhəd baytar məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə çöl quşlarının ovu, satışı və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti