...

Qazaxıstan Bakı-Tbilisi-Qars layihəsinə qoşulmağa hazırlaşır

Siyasət Materials 22 Fevral 2007 20:25 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Qazaxıstan yeni Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulmaq imkanlarını nəzərdən keçirir. Yaxın zamanlarda Qazaxıstanının bu layihəyə rəsmi qoşulması gözlənilir. Bu barədə bu gün Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

2007-ci ilin fevralın 7-də Gürcüstan, Azərbaycan və Türkiyənin nəqliyyat nazirləri yeni Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi ilə bağlı müqavilə imzalayıb.

Qars-Axalkələk-Tbilisi-Bakı dəmir yolu nəqliyyat dəhlizi layihəsinə 98 km uzunluğa malik Qars-Axalkələk qolunun tikintisi daxildir. Bunun da 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisinə düşür. Həmçinin Axalkələk-Tbilisi sahəsində müəyyən yenidənqurma işlərinə ehtiyac var. Layihənin orta dəyəri 400 milyon dollar məbləğində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti