...

Azərbaycan mart ayının 1-dən Gürcüstana avtobenzinin ixracını bərpa edəcək

Siyasət Materials 26 Fevral 2007 17:33 (UTC +04:00)
Azərbaycan mart ayının 1-dən Gürcüstana avtobenzinin ixracını bərpa edəcək

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Martın 1-dən Azərbaycan Dövlət Neft Şirktəti (ADNŞ) A-92 markalı avtomobil benzininin Gürcüstana ixracını bərpa etməyi planlaşdırır. Bu barədə ADNŞ-in məlumatında bildirilib.

Çatdırılma təxminən 15 min ton həcmində həyata keçiriləcək. "Bu ilin fevralında Gürcüstana planlaşdırılmadan 10 min ton avtomobil benzini çatdırılıb", ADNŞ-dən bildirilib.

Avtomobil benzininin Gürcüstana çatdırılması SOCAR Georgia Petroleum şirkəti ilə müqavilə çərçivəsində həyata keçirilir. Avtomobil benzini Heyədr Əliyev adına Bakı neft məhsulları istehsalı zavodunda istehsal olunur.

Statistikaya əsasən, 2007-ci ilin yanvarında Azərbaycanda 79,7 min ton avtomobil benzini istehsal olunub, bu da 2006-cı ilin yanvar göstəricisindən 18,4% çoxdur.

Xəbər lenti

Xəbər lenti