...

Tehranda Xəzərin hüquqi statusunun müzakirələri başlayıb

Siyasət Materials 27 Fevral 2007 12:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir A.İsmayılova/ Tehranda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə Xəzəryanı ölkələrin (Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstan) işçi qrupunun növbəti görüşü başlayıb. Görüşdə Azərbaycanı ölkənin xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

Xəzəryanı ölkələrin nazir müavinləri yüksək səviyyəli sammit zamanı imzalanması planlaşdırılan Xəzəryanı ölkələrin başçılarının birgə bəyannamə layihəsini razılaşdırmalı və Dənizin hüquqi statusu haqqında Konvensiya layihəsi üzərində işi davam etdirməlidirlər. Bu sənəd artıq 5 ölkənin ekspertlərinin görüşü zamanı bir neçə dəfə müzakirə olunub.

Həmçinin X.Xələfov fevralın 22-də İran prezidentinin vertolyotlarının Azərbaycanın hava sərhədlərini pozması ilə bağlı hadisəni Tehranda müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti