...

Nazir müavini:2006-cı ildə 17 bələdiyyənin fəaliyyətində ciddi pozuntular aşkar edildiyinə görə, onlar haqqında cinayət işi açılıb

Siyasət Materials 27 Fevral 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/2006-cı ildə 17 bələdiyyənin fəaliyyətində cinayət xarakterli pozuntular aşkar edildiyinə görə, həmin pozuntulara hüquqi qiymət verilməsi üçün sənədlər Respublika Baş Prokurorluğuna göndərilib. Bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin 2006-cı ildəki fəaliyyətinə dair hesabatı Milli Məclisdə təqdim edərkən məlumat verib.

O, qeyd edib ki, Abşeron, Masallı, Biləsuvar, Astara rayonlarının bir sıra kənd bələdiyyələri fəaliyyətlərində cinayət xarakterli pozuntuya yol veriblər.

V.Zahirov qeyd edib ki, ötən il 1559 hektar torpaq sahəsinin qanunsuz satılmasının qarşısı alınıb. "Bundan başqa torpaq qanunvericiliyinin tələblərinin pozulmasına görə, 48 qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün məhkəmədə iddia qaldırılıb. Və onlardan 23-ü ləğv olunub. 48 inzibati protokol tərtib edilib", deyə nazir müavini vurğulayıb. Bundan başqa 81 nəfər bələdiyyə sədri Azərbaycan Respublikasının Xətalar Məcəlləsinin 326 - 1.2 maddəsinə əsasən məhkəmələr tərəfindən müvafiq inzibati məsuliyyətə cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti