...

"Toxumçuluq haqqında" qanuna dəyişiklik edilib

Siyasət Materials 27 Fevral 2007 16:47 (UTC +04:00)

Azərbaycan,Bakı /müxbir Trend İ.Əlizadə/Milli Məclisin fevralın 27-də keçirilən iclasında "Toxumçuluq haqqında" qanuna dəyişiklik edilib. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, "Toxumçuluq haqqında" qanuna nəzərdə tutulan əlavə və dəyişikliklər parlamentin Aqrar siyasət, Hüquq siyasəti, dövlət quruculuğu və İnsan huquqları daimi komissiyalarının birgə iclasında müzakirə olunub.

Aqrar siyasət daimi komissiyasının sədr müavini Eldar Quliyev qeyd edib ki, qanunda edilən dəyişikliyə əsasən toxumların karantin obyektlərində mühafizəsi Azərbaycan Respublikasının "Fitosanitar nəzarət haqqında" qanunvericilik aktlarına uyğun şəkildə həyata keçiriləcək.

Qanunda edilən əlavə və dəyişikliyə əsasən bu məsələ ilə bağlı saxtakarlıq edənləri, məlumat banklarına yalnış informasiya verənləri minumum əmək haqqının 500 mislindən 1000 mislinədək miqdarda cərimə və ya 240 saatlıq ictimai işlərə və 1 ildən 2 ilədək islah işlərinə cəlb etmə, 2 il müddətində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzaları gözləyir. Eyni zamanda bu sahədə qanun pozuntusuna yol verənlər 2 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Sonda Milli Məclis qanuna nəzərdə tutulan əlavə və dəyişiklikləri qəbul edib.   

Xəbər lenti

Xəbər lenti