...

"Belçika-Azərbaycan Evi"nin rəhbəri DAK sədrini istefaya çağırır

Siyasət Materials 5 Mart 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Belçika-Azərbaycan Evi"nin rəhbəri, DAK-ın Məclis üzvlüyündən istefa vermiş Bülənt Gürcam Konqresin IX qurultayının vaxtının növbəti dəfə təxirə salınmasına görə Cavad Derəxtini özbaşınalıqda ittiham edib. B.Cürcam bildirib ki, DAK-ın sədri Cavad Derəxti belə qərarlar qəbul edərkən təşkilata özünün şəxsi qurumu kimi yanaşır və heç kimə hesabat, açıqlama vermir.

"Keçən ildən bəri nə DAK Məclisinin, nə də İdarə Heyətinin xəbəri olmadan IX qurultayın vaxtını təxminən dörd dəfə dəyişib. Hər dəfə də təxirəsalınmaya müxtəlif səbəblər gətirib. Cavad Derəxti özü könüllü şəkildə artıq sədrlikdən istefa ərizəsini verməlidir"-deyə B.Gürcam qeyd edib.

C.Derəxti isə bildirib ki, IX qurultayın əvvəlcə təxirə salınmasında bir sıra maliyyə problemləri səbəb olub. Sonuncu dəfə mayın 28-ə təyin olunmuş vaxtın təxirə salınması isə Türkiyədə keçiriləcək prezident seçkiləri ilə bağlıdır: "Builki qurultay DAK-ın 10 illiyi ilə bir yerdə qeyd olunacaq, ona görə də qurultay çox yüksək səviyyədə keçməlidir. Türkiyə ictimaiyyətinin, mediasının isə bu arada bütün diqqəti seçkilərə yönəlib və prezident seçkiləri demək olar ki, may ayında gündəmi zəbt edəcək". Sədrlikdən getməyinə gəldikdə, C.Derəxti bunun qurultayda namizədliyi irəli sürülüb-sürülməməsindən asılı olduğunu deyib: "Əgər qurultay iştirakçıları sədr seçilməyimi istəyəcəklərsə namizədliyimi irəli sürəcəklər, yox, lazım bilməyəcəklərsə, onda namizəd olmayacağam".

Xəbər lenti

Xəbər lenti