Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisan martın 6-da keçirilən iclasında deputat İqbal Ağazadə parlamentin amnistiya qərarı verməsini təklif edib. O bildirib ki, amnistiya aktının qəbul edilməsi zəruridir.
"Hazırda cəzaçəkmə müəssisələrində elə məhbuslar var ki, onların azadlığa buraxılması mümkündür. Məhbuslar arasında elələri var ki, ömürlük azadlıqdan mərhum ediliblər və ömürlərinin böyük hissəsini həbsxanada cəza çəkməklə keçiriblər, yaşları 70-i ötüb. Bundan başqa, təsadüfən həbsxanaya düşənlər və ictimai təhlükə törətməyən məhbuslar var. Onların da azad olması mümkündür. Ona görə də Milli Məclis amnistiya haqqında qərar qəbul etməlidir",- deputat vurğulayıb.
Buna cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, amnistiya aktının qəbul edilməsi ilə bağlı parlamentə təkliflər daxil olub və hazırda həmin təkliflər öyrənilir.