...

Daxili Qoşunlara ictimai nəzarət qanun çərçivəsində həyata keçirilməlidir

Siyasət Materials 7 Mart 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Daxili Qoşunlara ictimai nəzarət qanun çərçivəsində həyata keçirilməlidir. İctimai nəzarətin tərəfdarı olan Daxili Qoşunların komandanı Zakir Həsənov qeyd edib ki, ictimai nəzarətin tətbiq olunması yerlərdəki hərbi hissələrin rəhbərliyinin məsuliyyətini artırar, həm də Daxili Qşunların rəhbərliyinin fəaliyyətinə yardımçı ola bilər. O hesab edir ki, silahlı qüvvələrlə bağlı ictimai fikir düzgün formalaşdırılmalıdır: "Neqativləri, pozuntuları qabardıb, nailiyyətləri kölgədə qoymaq düzgün deyil. İctimai nəzarət belə həyata keçirilərsə, heç bir müsbət nəticəsi olmaz". Daxili Qoşunların komandanı bu gün ictimai nəzarətin olduğunu deyib. Belə ki, Daxili Qoşunlarda xidmət edən və xidmətdən tərxis olunan əsgərlər, onların valideynləri mövcud nöqsanlar və nailiyyətlər barədə ictimaiyyətə məlumat verir.

Xəbər lenti

Xəbər lenti