...

Azərbaycan milli təhlükəsizlik naziri Türkiyənin respublikamızdakı səfirini qəbul edib

Siyasət Materials 7 Mart 2007 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Z?rbal?yeva/ Azərbaycan milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Türkiyənin respublikamıza yeni təyin olunmuş səfiri Hüseyn Avni Qarslıoğlunu onun xahişi ilə qəbul edib. Nazir hər iki ölkənin xüsusi xidmət orqanları arasında əməkdaşlığın, beynəlxalq terrorçuluğa, narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizə və digər sahələrdə tərəfdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb, işgüzar əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirib.

Səfir Azərbaycanda işləməsindən qürur duyduğunu, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına riayət olunması məsələsində, terrorçuluqla və ekstremizmin bütün təzahürləri ilə mübarizədə ölkələrimzin mövqelərinin üst-üstə düşdüyü, bu sahədə əməkdaşlığın yüksəldiyi qeyd olunub, regionda gedən proseslər barədə məlumat mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti